Biləsuvarda qəribə oğurluq faktı qeydə alınıb. Hadisə fevralın 16-da baş verib. Belə ki, rayon sakini Mahir Niftiyevə məxsus 2 ton kartof oğurlanıb.
Daxili İşlər Nazirliyindən Teleqraf.com-a verilən məlumata görə, Biləsuvar rayon Polis şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 2 ton kartofu oğurlamış biləsuvarlı Habil Abdalzadə tutulub.