Bakının Xətai rayonunda bir nəfər dərmandan zəhərlənib.
Teleqraf.com xəbər verir ki, Xətai rayonu ərazisində yaşayan Sevinc Zərbəliyeva dərmandan zəhərlənmə ilə xəstəxanaya gətirilib.
Sevinc Zərbəliyevaya tibbi yardım göstərilib. Bundan əlavə, Gəncə şəhərində yaşayan Sabirə Əliəşrəfova dərmandan, Xırdalan şəhərində yaşayan Faiq Canıyev kimyəvi məhluldan zəhərlənmə ilə xəstəxanalara yerləşdiriliblər.
Bütün faktlarla bağlı araşdırmalar aparılır.
Hacı Zeynalov