Daxili İşlər Nazirliyi Ağdam rayonunda törədilən qətllə bağlı açıqlama yayıb.
Teleqraf.com xəbər verir ki, hadisə martın 1-də qeydə alınıb.
Ağdam rayonunda yaşayan Nurəddin Qurbanov evində keçirdiyi ad günü məclisində, qohumu Cabir Fərəcov münaqişə zəminində əmisi Seymur Fərəcova bıçaqla xəsarət yetirib. S.Fərəcov xəstəxanaya aparılarkən yolda ölüb.
Ağdam rayon polis şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində C.Fərəcov tutulub.
Faktla bağlı cinayət işi başlanıb.
Hacı Zeynalov