Bakının Nəsimi rayonunda dələduzluq edən şəxs məsuliyyətə cəlb edilib.
Teleqraf.com xəbər verir ki, Nəsimi Rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsi və 19-cu polis bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində, Bakı şəhər sakini, 1988-ci il təvəllüdlü Hikmət Ələsgərov tutulub.
Hikmət Ələsgərov fevralın 22-də Bakı şəhər sakini Röyal Həmzəyevin etibarından sui-istifadə edərək 6070 ABŞ dolları alaraq qaytarmayıb.
Hacı Zeynalov