Abşeron rayonunda orta məktəblərdən oğurluq edən mütəşəkkil dəstə zərərsizləşdirilib.
Teleqraf.com xəbər verir ki, Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Masazır qəsəbə sakinləri Mülkədar Rəhimov, Əkbər Kərimov və Namiq Həsənli tutulublar.
Onlar martın 1-də və 2-də Xırdalan şəhərində yerləşən 2 saylı orta məktəbdən 2500 manat və mobil telefon, 1 saylı orta məktəbdən 580 manat, Masazır qəsəbəsində yerləşən 1 saylı orta məktəbdən kompyuter, qəsəbədə yerləşən Laçın rayonunun Çıraqlı kənd orta məktəbdəki seyfdən 700 manat və 2 saylı orta məktəbin inzibati binasından 2 ədəd kompyuter oğurlayıblar.
Hacı Zeynalov