10 Mart 2016 20:17
452
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ötən ilin noyabrın 26-da Nardaran qəsəbəsində baş verən hadisələrə görə həbs olunan 20 nəfərin cinayət işi məhkəməyə göndərilib.

Teleqraf.com xəbər verir ki, 20 nəfərin işinə Sabunçu Rayon Məhkəməsində baxılacaq.

Məlumata görə, məhkəməyə göndərilən şəxslərə Cinayət Məcəlləsinin 228.1-ci (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə) və 315.1-ci (xidməti vəzifələrini yerinə yetirməsi ilə əlaqədar hakimiyyət nümayəndəsinə zor tətbiq etmə, zor tətbiq etməklə müqavimət göstərmə və ya onun yaxın qohumlarına qarşı həyat və sağlamlıq üçün təhlükəli olmayan zor tətbiq etmə və ya belə zor tətbiq etmə hədəsi ilə hədələmə) maddələri ilə ittiham verilib.
20 nəfərin cinayət işi ayrı-ayrı icraatlarda məhkəmə araşdırması aparılacaq. Yaxın günlərdə həmin şəxslərin cinayət işli üzrə məhkəmə prosesləri başlayacaq.

Qeyd edək ki, ötən il noyabrın 26-da Daxili İşlər Nazirliyi tərəfindən Nardaranda əməliyyat keçirilib. Əməliyyat zamanı polis əməkdaşlarına silahlı müqavimət göstərilərək avtomat silahlardan atəş açılıb, əl qumbarası atılıb. Hücum edənlərin davamlı atəşinə cavab olaraq xüsusi əməliyyat qrupu tərəfindən xidməti silahdan istifadə edilməklə həmin şəxslərdən 4 nəfəri məhv edilib, daha bir neçə nəfəri yaralanıb. Əməliyyat zamanı 2 polis əməkdaşı həlak olub.

Başlanılan cinayət işi üzrə 70 nəfər saxlanılıb. Hazırda 50 nəfərdən çox şəxsin cinayət iş üzrə ibtidai istintaq davam etdirilir. Onlar Cinayət Məcəlləsinin 18 maddəsi üzrə ittiham olunurlar.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər