Bakının Sabunçu rayonunda ruhi xəstə itkin düşüb.
Teleqraf.com xəbər verir ki, Bakıxanov qəsəbəsi, Fətəliyev küçəsi, ev 78 ünvanında yaşayan 1996-cı il təvəllüdlü Tural Tağıyev bu ilin fevralın 28-də evdən çıxıb.
Tural Tağıyev həmin gün saat 14.00-da evdən çıxandan sonra bir daha geri qayıtmayıb. Tural Tağıyevdən xəbər tuta bilməyən ailəsi martın 9-da polisə müraciət etməli olub.
Tural Tağıyevin anası Naidə Tağıyeva Sabunçu Rayon Polis İdarəsinin 13-cü polis bölməsinə ərizə ilə müraciət edib. O, bildirib ki, oğlu ruhi xətə olub.
Hazırda polis 20 yaşlı oğlanı tapılması üçün tədbirlər görürlər.
Hacı Zeynalov