Bakının Sabunçu rayonunda dələduzluq faktı qeydə alınıb.
Teleqraf.com xəbər verir ki, hadisə rayonun Bakıxanov qəsəbəsində qeydə alınıb.
Bakı şəhər sakini, 1968-ci il təvəllüdlü İlqar Əmiraslanov dələduzluqla üzləşməsi ilə bağlı Sabunçu Rayon Polis İdarəsinin 13-cü polis bölməsinə müraciət edib.
İlqar Əmiraslanov bildirib ki, Zaqatala rayon sakini, 1982-ci il təvəllüdlü Sabir Həsrətov xaricə oxumağa göndərmək adı ilə ondan 3 min manat alıb. Amma Sabir Həsrətov onun oğlunu xaricə oxumağa göndərmək vədinə əməl etməyib və dələduzluq edib.
Faktla bağlı araşdırma aparılır.
Hacı Zeynalov