Bakının Suraxanı rayonunda intihar hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki, hadisə rayonun Əmircan qəsəbəsində qeydə alınıb.
Bakı şəhər sakini, 1981-ci il təvəllüdlü Eldar Qarabəyov yaşadığı evdə özünü asaraq ölüb. Eldar Qarabəyovun hansı səbəbdən özünü qəsd etdiyi məlum deyil.
Faktla bağlı Suraxanı rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb.
Hacı Zeynalov