Gəncə şəhərində dələduzluq faktı qeydə alınıb.
Teleqraf.com xəbər verir ki, Gəncə şəhər sakini Kənan Hacıyev Kəpəz Rayon Polis İdarəsinə müraciət edərək, martın 11-də “Opel” markalı avtomobilini həmyerlisi Natiq Kərimova satmaq üçün razılaşdıqlarını, lakin sonradan avtomobilinin həmin şəxs tərəfindən qaçırıldığını bildirib.
Kəpəz Rayon Polis İdarəsi əməkdaşları tərəfindən həyata keçirilmiş tədbirlər nəticəsində N.Kərimov avtomobillə birgə saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.
Hacı Zeynalov