Abşeron rayonunda orta məktəblərdən oğurluq etdikləri üçün həbs olunan şəxslərin yeni cinayətləri açıqlanıb.
Teleqraf.com xəbər verir ki, Mülkədar Rəhimov və Əkbər Rəhimovun ətrafında Daxili İşlər Nazirliyinin Kriminalistik Tədqiqatlar İdarəsi və Sumqayıt Şəhər Polis İdarəsi əməkdaşları tərəfindən əməliyyat tədbirləri aparılıb.
Onların bu ilin martın 1-də Sumqayıt şəhərindəki 42 saylı orta məktəbdən noutbuk və seyfdən pul oğurlamaları da müəyyən edilib.
Qeyd edək ki, Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Masazır qəsəbə sakinləri Mülkədar Rəhimov, Əkbər Kərimov və Namiq Həsənli tutulublar.
Onlar martın 1-də və 2-də Xırdalan şəhərində yerləşən 2 saylı orta məktəbdən 2500 manat və mobil telefon, 1 saylı orta məktəbdən 580 manat, Masazır qəsəbəsində yerləşən 1 saylı orta məktəbdən kompyuter, qəsəbədə yerləşən Laçın rayonunun Çıraqlı kənd orta məktəbdəki seyfdən 700 manat və 2 saylı orta məktəbin inzibati binasından 2 ədəd kompyuter oğurlayıblar.
Faktla bağlı cinayət işi başlanıb.
Hacı Zeynalov