16 Mart 2016 17:02
565
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakı Ağır Məhkəməsində narkotik maddələrin dövriyyəsində təqsirli bilinən Çingiz Abbasovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.


Teleqraf.com xəbər verir ki, hakim Rahib Salmanovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə Çingiz Abbasov 8 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, Çingiz Abbasov ötən il həbs edilib. Onun üzərində axtarış aparılarkən narkotik maddəsi aşkarlanıb. O, Cinayət Məcəlləsinin 234-cü (qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma, satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) maddəsi ilə ittiham olunub.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər