17 Mart 2016 15:21
582
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qayınatasını öldürməkdə təqsirli bilinən Şamil Əhmədovun cinayət işi üzrə məhkəmə başa çatıb.

Teleqraf.com xəbər verir ki, hadisə 2013-cü il iyun ayının 18-də Sumqayıt şəhəri, İnşaatçılar prospektində yerləşən yataqxanada baş verib. Bir müddət əvvəl həyat yoldaşı Təranə Hüseynovadan ayrılan Şamil Əhmədov onunla barışmaq üçün yaşadığı ünvana gəlib.

Ş.Əhmədov keçmiş həyat yoldaşını zorla özü ilə aparmaq istəyib. Bu zaman dava düşüb. O, keçmiş həyat yoldaşını azyaşlı qızlarının gözü önündə döyüb.

Bunu görən T.Hüseynovanın atası Təyyar Hüseynov qızını müdafiə etmək istəyərkən Ş.Əhmədov onu da vurub. Kəllə-beyin travması alan T.Hüseynov xəstəxanaya yerləşdirilib. Lakin onun həyatını xilas etmək mümkün olmayıb.

Hadisədən sonra Ş.Əhmədov Rusiya Federasiyasına qaçıb. O, bir müddət sonra Sumqayıt şəhər hüquq-mühafizə orqanları tərəfindən beynəlxalq axtarışa verilib. Daha sonra Rusiyada tutulan Ş.Əhmədov Azərbaycana təhvil verilib.

Ş.Əhmədov Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma, bu Məcəllənin 126.1 və 126.2-ci maddələrində nəzərdə tutulmuş əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsinə əsasən ittiham olunub.

Xatırladaq ki, Ş.Əhmədov bundan əvvəl iki dəfə məhkumluq həyatı yaşayıb. O, Cinayət Məcəlləsinin 221-ci (xuliqanlıq) və 128-ci (qəsdən sağlamlığa yüngül zərər vurma) maddələri ilə ittiham olunub.

Hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə Ş.Əhmədov 10 il müdətinə azadlıqdan məhrum edilib.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər