Gəncədə kişi meyiti aşkar edilib.
Teleqraf.com Kəpəz TV-yə (Region TV) istinadən xəbər verir ki, saat 22 radələrində Gəncə şəhərinin mərkəzində naməlum kişi meyiti aşkar olunub.
Cəsəd şəhərin Heydər Əliyev prospektində tapılıb.
Əraziyə polis əməkdaşları və TTYX-nın həkimləri cəlb olunub.
Hadisənin səbəbi və ölən şəxsin kimliyi aparılacaq araşdırmalardan sonra mıəlum olacaq.