Bakı Metropolitinində işləyən şəxs iş başında ölüb.
Teleqraf.com xəbər verir ki, hadisə Bakı Metropolitininin M.Rəfi küçəsində yerləşən inzabati binasında baş verib.
Bakı Metropolitenində nəzarət şöbəsinin rəisi - Bakı şəhər sakini, 1955-ci il təvəllüdlü Teymur İbrahimovun meyiti iş otağında tapılıb. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları gəlib.
İlkin məlumata görə, Teymur İbrahimov ürək çatışmazlığında vəfat edib.
Faktla bağlı araşdırma aparılır.
Hacı Zeynalov