Bakının Sabunçu rayonunda qadını şantaj edən kişilər həbs edilib.
Teleqraf.com xəbər verir ki, Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarışı İdarəsi və Sabunçu Rayon Polis İdarəsinin 12-ci polis bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakinləri, əvvəllər məhkum olunmuş Pərvin Osmanov, Elvin Tağıyev və Rəhman Abbasov tutulublar.
Dəstə üzvləri martın 28-də Bakı şəhər sakini Ləman Heydərovaya hədə-qorxu gələrək 200 manatını alıblar. Əməliyyat zamanı Pərvin Osmanovdan 1,62 qram tiryək, Elvin Tağıyevdən isə 6,3 qram marixuana götürülüb.
Pərvin Osmanovun evinə baxış zamanı 2,291 qram tiryək, nömrəsi silinmiş və qundağı kəsilmiş “TOZ-63” markalı tüfəng, Elvin Tağıyevin evinə baxış zamanı isə 30,2 qram marixuana aşkar edilərək götürülüb.
Hacı Zeynalov