"Mən Kamran Həsənlini əqidəli adam kimi tanımışam. Məni heç vaxt aldatmayacaq sanırdım.Yanıldım. Həm özünə, həm də bacısına inanmışam. Məni təsir altına salmışdı. Amma ikisi də məni aldatdı".
Teleqraf.com xəbər verir ki, bu sözləri müğənni Samir Piriyev jurnalistlər üçün təşkil etdiyi mətbuat konfransında deyib. Onun sözlərinə görə, 80 min manat pulu şəxsən Kamran Həsənliyə verib: "Mən üçünçü şəxsi tanımamışam. Pulu birbaşa Kamran Həsənliyə vermişəm. Demişdi ki, səhmlər sənin adına keçəcək və biznesə başlayacağıq. Bu məsələyə görə Türkiyəyə gedəndə Gülər xanım mənə dedi ki,125 min daha verməlisən, onda artıq mən razılaşmadım. Bakıya qayıdanda pulu Kamrandan geri istədim, amma vermədi. Kamran 2013-cü ildə öz avtomobilini mənə verdi, sonra dolayı yollarla məni gözlətdirdilər".
Samir Piriyevin hüquqşünası Ruslan Əhmədli bildirib ki, Kamran Həsənlinin mətbuata verdiyi açıqlamalarda kifayət qədər yalan var.
Samir Piriyevin vəkili Ceyhun Yusifov isə bildirib ki, istintaq işləri ləng gedir: "Sanki istintaq Kamran Həsənlidən çəkinir. O bu hadisələrdən şou düzəldir".
Mətbuat konfransında Samir Piriyevlə Kamran Həsənli arasındakı telefon danışığının qeydi də səsləndirilib. Kamran qeydlərdə borc alan qismində çıxış edir və əlinə pul düşən kimi borcu qaytaracağını bildirir.
Nərmin