Bakının Suraxanı rayonunda qardaşlar arasında mübahisə cinayətlə nəticələnib.
Teleqraf.com xəbər verir ki, hadisə rayonun Əmircan qəsəbəsində qeydə alınıb.
Bakı şəhər sakini, 1997-ci il təvəllüdlü Rafiq Abdinov döyülüb. O, xəsarətlə xəstəxanaya yerləşdirilib. Rafiq Abdinova tibbi yardım göstərilib.
Məlum olub ki, Rafiq Abdinov ögey qardaşları – 1992-ci il təvəllüdlü Asif və 2000-ci il təvəllüdlü Fərid tərəfindən döyülüb. Qardaşlar arasında mübahisə pul üstündə baş verdiyi bildirilir.
Faktla bağlı Suraxanı Rayon Polis İdarəsinin 31-ci polis bölməsində araşdırma aparılır.
Hacı Zeynalov