8 Aprel 2016 13:18
1 422
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Sabunçu rayonunda qətl hadisəsi baş verib. Teleqraf.com xəbər verir ki, hadisə rayonun Maştağa qəsəbəsində qeydə alınıb.

Qəsəbənin Sabir küçəsi, ev 27 ünvanında yaşayan 1991-ci il təvəllüdlü Seyidmirəli Cavadov bacısı, 1987-ci il təvəllüdlü İzzət Cavadova ilə mübahisə edib. O, İzzətə çoxsaylı bədən xəsarətləri yetirib.

Bu zaman İzzətin həyat yoldaşı, 1984-cü il təvəllüdlü Vüsal Cavadov qardaşla bacını aralaşdırmaq istəyib. Həmin vaxt Vüsal Cavadova da xəsarət alıb. O, 3 saylı Sabunçu şəhər xəstəxanasına çatdırılıb.

Seyidmirəli Cavadov isə Sabunçu Rayon Polis İdarəsinin 14-cü polis bölməsinə gələrək təslim olub. O, istintaqa verdiyi ifadəsində bildirib ki, bacısı İzzət bu ilin martın 29-da evdən gedib. Onun sözlərinə görə, bacısının itkin düşməsi ilə bağlı 14-cü polis bölməsinə ərizə ilə müraciət ediblər.

Aprelin 7-də, axşam saatlarında İzzət evə qayıdıb. Bu zaman İzzət bir həftə ərzində harada olması ilə bağlı sorğu-sual olunub. Bacısının hərəkətlərindən əsəbləşən qardaş bıçağa əl atıb və sonda qanlı cinayət hadisəsi baş verib.

Faktla bağlı Sabunçu Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) və 126.1-ci (sağlamlığa ağır xəsarət yetirmə) maddələri ilə cinayət işi başlanıb.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər