Bakıda avtobus qucağında uşaq olan qadını vurub.
Teleqraf.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytı məlumat yayıb.
Belə ki, aprelin 8-də saat 18 radələrində Yasamal rayonunun A.Şərifzadə küçəsində Bakı şəhər sakini Aslan Məmmədov idarə etdiyi “Daewoo” markalı avtomobillə (18 saylı xətt avtobusu) yolu keçən qucağında 4-5 yaşlı qız uşağı olan 25-30 yaşlı qadını vurub. Hər iki yaralı xəstəxanaya yerləşdirilib.
Faktla bağlı Yasamal Rayon Polis İdarəsi tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.