11 Aprel 2016 13:02
511
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Xətai rayonunda səfirlik avtomobili qəzaya uğrayıb.

Teleqraf.com xəbər verir ki, hadisə rayonun A.Cəlilov küçəsi, 69 ünvanında qeydə alınıb.

Bakı şəhər sakini, 1992-ci il təvəllüdlü Təbriz Məmmədlinin idarə etdiyi “Chevrolet Niva” markalı və İran islam Respublikasının vətəndaşı, 1975-ci il təvəllüdlü Muhamn Reza oğlu Abbasın sürdüyü “Samand Soren” markalı avtomobillər toqquşub. Hadisə zamanı avtomobillərə ziyan dəysə də, xəsarət alan olmayıb.

Muhamn Abbası İran İslam Respublikasının Azərbaycandakı səfirliyinin ənməkdaşı, avtomobildə səfirliyə məxsus olduğu bildirilir.

Faktla bağlı Xətai Rayon Polis İdarəsinin 37-ci polis bölməsində araşdırma aparılır.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər