Bakının Yasamal rayonunda intihar hadisəsi baş verib. Teleqraf.com xəbər verir ki, hadisə rayonun Süleyman Tağızadə küçəsi 39/11 ünvanında qeydə alınıb.
Hündür mərtəbəli binanın 9-cu mərtəbəsində yaşayan Ruhiyyə Yusifova özünü evinin eyvanından atıb. Yerə düşən qadın hadisə yerində ölüb. Ruhiyyə Yusifovanın ağır xəstəliyə tutulduğunu eşidib və buna görə də özünə qəsd edib.
Faktla bağlı Yasamal Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb.
Hacı Zeynalov