Bakının Pirallahı rayonunda intihar hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki, hadisə rayonun 29-cu məhəllə, ev 15, mənzil 89 ünvanında qeydə alınıb.
Həmin ünvanda yaşayan, 1953-cü il təvəllüdlü Kazibenko Olqa Nikolayevna yaşadığı binanın 5-ci mərtəbəsindən özünü atıb. O, aldığı xəsarətdən hadisə yerində ölüb.
Bundan başqa, aprelin 12-də Bakı şəhər sakini Jalə Ağayeva özünü Yasamal rayonu ərazisində yerləşən 9 mərtəbəli binalardan birinin damından atıb. Jalə Ağayeva hadisə yerində vəfat edib.
Hər iki faktla bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb.
Hacı Zeynalov