Bu gün Bakı Ağır Cinayətlər Məhkənəsində quldurluqda təqsirli bilinən Natiq İbrahimov və Nicar İmanovun cinayıt işi üzrə məhkəmə prosesi başa çatıb.
Teleqraf.com xəbər verir ki, hakim Mirzə Xankişiyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslər hökm oxunub. Məhkəmənin hökmü ilə Natiq İbrahimov 9 il, Nacir İmanov isə 8 il müddətə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, hər iki şəxs Bakı şəhər sakinlərinə qarşı quldurluq edib. Zərərçəkənlər bununla bağlı polisə müraciət edib. Polis əməkdaşlarının əməliyyat axtarış tədbirləri nəticəsində Nicat İmanov və Natiq İbrahimov saxlanılıb. Hər iki şəxs Cinayət Məcəlləsinin 181-ci (quldurluq) maddəsi ilə ittiham edilib.
Hacı Zeynalov