Tovuz rayonunda qətl hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki hadisə rayonun Qalaboyun kəndindən qeydə alınıb.
Kənd sakini Məqsəd Əmiraslanov baş nahiyəsindən ov tüfəngindən açılmış güllə yarası ilə xəstəxanaya aparılarkən yolda ölüb. Polis və prokurorluq əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış və istintaq tədbirləri nəticəsində qətli törətməkdə şübhəli bilinən kənd sakini Natiq Ələkbərov tutulub.
Ondan hadisəni törədərkən istifadə etdiyi müvafiq sənədləri olmayan “TOZ-34” markalı tüfəng götürülüb.
Hacı Zeynalov