Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində 1997-ci il təvəllüdlü Sərxan Çobanovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
Teleqraf.com xəbər verir ki, Sabunçu rayonunda bıçaqlanan 1997-ci il təvəllüdlü Şamo Yunisov xəstəxanaya yerləşdirilsə də onun həyatını xilas etmək mümkün olmayıb.
Araşdırma zamanı qətli onun yaşıdı Sərxan Çobanovun törətdiyi aydınlaşıb. Polis əməkdaşlarının əməliyyat-axtarış tədbirləri nəticəsində Sərxan Çobanov tutulub. Məlum olub ki, dostu ilə restoranda yemək yeyən Şamo Yunusov onunla gödəkcələrini dəyişməyi müzakirə ediblər. Bu zaman yan masadakı gənclər söhbətə qarışıblar.
Şamo və dostu tanımadıqları şəxslərlə söhbət üçün restoranın qarşısına çıxıblar. Şamo dostu ilə söhbətinə müdaxilə etdiyinə görə Sərxan Çobanova irad tutanda, Sərxan cibindəki bıçaqla ona çoxsaylı xəsarətlər yetirib.
Mərhumun yaxınları Şamonun dindar olduğunu, bütün vaxtını məsciddə keçirdiyi deyiblər.
Hakim Ramella Allahverdiyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Məhkəmə baxışı aprelin 27-ə təyin edilib.
Hacı Zeynalov