26 Aprel 2016 16:16
617
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Nərgiz Məmmədovanın cinayət işi üzrə məhkəmə prosesi baş çatıb.

Teleqraf.com xəbər verir ki, Nərgiz Məmmədova TQDK-nın ali məktəblərə təşkil etdiyi test imtahanlarından kənar tələbə qəbul etdirməkdə təqsirli bilinib.

Nərgiz Məmmədova 2007-ci ildə Rüfət Şərifovu Azərbaycan Dövlət İqtisad Universitetinə qəbul etdirmək adı ilə aldadıb ondan 23 min manat almaqda ittiham edilib.

Nərgiz Məmmədova Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq) və 310-cu (vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə) maddələri ilə təqsirləndirilib. Bir müddət əvvəl Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Nərgiz Məmmədovanın barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq edilib. 8 il 6 ay müddətinə cəza alan Nərgiz Məmmədovanın cəzası şərti hesab olunub və o, məhkəmə zalından azadlığa buraxılıb.

Hökmdən narazı qalan Baş Prokurorluq apellyasiya protesti verib. Bakı Apelyasiya Məhkəməsinin qərarı ilə prokurorluğun protesti təmin edilib və hökmdən Cinayət Məcəlləsinin 70-ci (şərti) maddəsi xaric edilib. Nərgiz Məmmədova məhkəmə zalındaca həbs edilib.

Bundan sonra Nərgiz Məmmədovanın barəsində yeni dələduzluq faktları müəyyən edilib. O, dələduzluq cinayəti ilə yenidən məhkəməyə verilib.

Hakim Əfqan Hacıyevin sədrliyi ilə bu gün keçirilən prosesdə Nərgiz Məmmədovanın barəsində yeni hökm elan edilib. Məhkəmənin hökmü ilə Nərgiz Məmmədova 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər