Bakıda yaşlı sərxoş kişini döyərək, pulunu əlindən alıblar.
Musavat.com xəbər verir ki, Nəsimi Rayon Polis İdarəsi (RPİ) 19-cu Polis Bölməsinə (PB) Moskva prospektində şəxsiyyəti məlum olmayan 2 nəfərin Bakı şəhər sakini Namiq Abdullayevi döyüb pulunu və sənədlərini alması barədə məlumat daxil olub. Nəsimi RPİ 19-cu PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş Tərtər rayon sakinləri Samir Mehdiyev və Şahlar Əsgərov tutularaq istintaqa təqdim edilib.