27 Aprel 2016 21:35
538
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Nərimanov rayonunda bıçaqlanma hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, Bakı şəhər sakini, 16 yaşlı Rəsul Babayev bıçaqlanıb. Yaralı hadisə şahidlərinin çağırdığı təcili tibbi yardım avtomobili ilə xəstəxanaya çatdırılıb. O, dərhal əməliyyat olunub. Rəsul Babayevi müayinə edən həkim onun qarın nahiyəsindən bıçaqlandığını və həyatı üçün təhlükə olmadığını bildirib.

Hadisə barədə Nərimanov rayon polis idarəsinin 17-ci polis bölməsinə məlumat verilib. İlkin araşdırma zamanı məlum olub ki, 16 yaşlı oğlan sevdiyi qızın qardaşı tərəfindən bıçaqlanıb.

Məlumata görə, Rəsul Babayev tez-tez sevdiyi qızın Nərimanov rayonunda yerləşən evlərinin qarşısına gəlib. Bundan əsəbləşən qızın qardaşı bıçağa əl atmalı olub.

Faktla bağlı cinayət işi başlanıb.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər