Bakının Yasamal rayonunda bıçaqlanma hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki, hadisə rayonun A.Şərifzadə küçəsində qeydə alınıb.
Bakı şəhər sakini, 1988-ci il təvəllüdlü Əhəd Cəfərov kəsilmiş-deşilmiş xəsarətlərlə xəstəxanaya gətirilib. Əhəd Cəfərova xəstəxanada vaxtında tibbi yardım göstərildiyi üçün həyatını xilas etmək mümkün olub.
Hadisə ilə bağlı Yasamal Rayon Polis İdarəsinin 28-ci polis bölməsinə məlumat verilib. Dərhal xəstəxanaya gələn əməliyyat qrupu tərəfindən Əhəd Cəfərov dindirilib.
İlkin dindirilmə zamanı Əhəd Cəfərov Ülvi adlı tanışı tərəfindən bıçaqlandığını deyib.
Polis əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni hadisəni törədən Şəki şəhər sakini, 1993-cü il təvəllüdlü Ülvi Alxaslı tutulub.
Ülvi Alxaslı bildirib ki, hadisədən əvvəl hər ikisi sərxoş olublar. Bu zaman onların arasında mübahisə yaranıb. Mübahisə zamanı Əhəd Cəfərov onu təhqiredici ifadələrlə söyüb. Bundan əsəbləşən Ülvi bıçağa əl atıb.
Faktla bağlı cinayət işi başlanıb.
Hacı Zeynalov