30 Aprel 2016 10:20
580
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xaçmaz rayonu, Xudat şəhərində xəstəxananın ərazisində partlayış olub. Teleqraf.com xəbər verir ki, hadisə xəstəxananın təmirə bağlanan stomatoloji şöbəsində qeydə alınıb.

Sahəsi 35 kv.m olan otaqda baş verən hadisə nəticəsində Xudat şəhər sakini 55 yaşlı Zaur Məhərrəmov hər iki əlin birinci və ikinci dərəcəli termiki yanıq xəsarəti alıb. Hazırda xəsarət alan şəxsin vəziyyəti yaxşıdır.
Faktla bağlı araşdırmalar aparılır.

Hacı Zeynalov


Müəllif: