Bakının Səbail rayonunda intihara cəhd hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki, hadisə rayonun Neftçilər prospekti, 132 ünvanında yerləşən Park Bulvar ticarət mərkəzində qeydə alınıb.
Bakı şəhər sakini, 1995-ci il təvəllüdlü Ayşə Məmmədova ticarət mərkəzində ülgüclə bilək nahiyəsini kəsərək intihara cəhd edib. Ayşə Məmmədova xəstəxanada tibbi yardım alıb və hazırda vəziyyətinin qənaət bəxş olduğu bildirilir.
Hadisə ilə bağlı Səbail Rayon Polis İdarəsinin 39-cu polis bölməsinə məlumat verilib. Polis tərəfindən izahatı alınan Ayşə Məmmədova intihara cəhd etməsini əsəbi olması ilə izah edib.
Faktla bağlı araşdırma aparılır.
Hacı Zeynalov