2 May 2016 17:11
671
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Suraxanı rayonunda bıçaqlanma hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, hadisə rayonun Hövsan qəsəbəsində qeydə alınıb.

Bakı şəhər sakini Eldəniz Yusifov həyat yoldaşı Ceyhunə Yusifovanın boğaz nahiyəsini kəsib. O, daha sonra özünə də bıçaqla xəsarət yetirib.

Hər iki yaralı ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Onlara tibbi yardım göstərilib. Ceyhunə Şükürovanın vəziyyətinin daha ağır olduğu bildirilir. Məlumata görə, hadisə ailə münaqişəsi zəminində baş verib. Bildirilir ki, ər-arvad arasında tez-tez mübahisələr olub.

Faktla bağlı cinayət işi başlanıb.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər