Bu gün Sabunçu rayon Məhkəməsində ötən ilin noyabrın 26-da Nardaran qəsəbəsində baş verən ixtisaslarla bağlı həbs edilən Sahib Zəkiyevin cinayət işi üzrə məhkəməsi başa çatıb.
Teleqraf.com xəbər verir ki, hakim Ziya Şirinovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Məhkəmənin hökmü ilə Sahib Zəkiyev 2 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, bir müddət əvvəl 20-dən çox şəxsin barəsində olan cinayət işi digərlərindən ayrılaraq baxılması üçün Sabunçu rayon Məhkəməsinə göndərilib.
İstintaqı başa çatan şəxslər əsasən Nardaran sakinlərdir. Onlar Cinayət Məcəlləsinin 228-ci (qanunsuz olaraq odlu silah saxlama) maddəsinə əsasən ittiham olunurlar
Ötən il noyabrın 26-da Daxili İşlər Nazirliyi tərəfindən Nardaranda əməliyyat keçirilib. Əməliyyat zamanı polis əməkdaşlarına silahlı müqavimət göstərilərək avtomat silahlardan atəş açılıb, əl qumbarası atılıb. Hücum edənlərin davamlı atəşinə cavab olaraq xüsusi əməliyyat qrupu tərəfindən xidməti silahdan istifadə edilməklə həmin şəxslərdən 4 nəfəri məhv edilib, daha bir neçə nəfəri yaralanıb.
Başlanılan cinayət işi üzrə 70 nəfər saxlanılıb. Hazırda 50 nəfərdən çox şəxsin cinayət iş üzrə ibtidai istintaq davam etdirilir. Onlar Cinayət Məcəlləsinin 18 maddəsi üzrə ittiham olunurlar.
Əməliyyat zamanı 2 polis əməkdaşı həlak olub.
Hacı Zeynalov