5 May 2016 13:46
566
12 Punto 14 Punto 16 Punto 18 Punto

Samux rayonunda evdən külli miqdarda qızıl oğurlanıb.

Teleqraf.com xəbər verir ki, hadisə rayonun Qarayeri qəsəbəsində qeydə alınıb.

Samux rayon sakini İlahə Məmmədovanın evindən 50000 manat dəyərində qızıl əşyalar oğurlanıb.

Samux rayon polis şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törədən Gəncə şəhər sakini, 1993-cü il təvəllüdlü Seymur Əliyev tutulub.

Hacı Zeynalov


Müəllif: