Bakının Nərimanov rayonunda dələduzluq faktı qeydə alınıb.
Teleqraf.com xəbər verir ki, Bakı şəhər sakini, 1943-cü il təvəllüdlü Adil Təhməzov dələduzluq faktı ilə üzləşməsi ilə bağlı Nərimanov Rayon Polis İdarəsinə müraciət edib.
Adil Təhməzov bildirib ki, Suliddin və Hakim adlı şəxslər onun etibarından sui-istifadə edərək 120 min manatını alaraq qaytarmayıblar. O, qeyd edib ki, həmin şəxslərə pulu biznes qurmaq adı ilə verib.
Faktla bağlı araşdırma aparılır.
Hacı Zeynalov