25 May 2016 18:27
537
12 Punto 14 Punto 16 Punto 18 Punto

Salyan rayonunda intihar hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, hadisə rayonun Kərimbəyli kəndində qeydə alınıb.

Kənd sakini, 54 yaşlı Məhbubə Rəhimova özünü yaşadığı evdə asıb. Məhbubə Rəhimova tənha yaşayırmış, onun hansı səbəbdən intihar etdiyi məlum deyil. Qadının əri və oğlu Rusiyada bizneslə məşğul olur.

Faktla bağlı Salyan rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər