7 İyun 2016 16:59
1 112
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Sabiq səhiyyə naziri Əli İnsanova qarşı cinayət işinin başlanması barədə yayılan xəbərlər həqiqəti əks etdirmir”.

Bunu Teleqraf.com-a sabiq nazirin vəkili Toğrul Babayev bildirib.

Vəkil qeyd edib ki, bu gün həbsxanada Əli İnsanovla görüşüb: “Bir az əvvəl 13 saylı cəza çəkmə müəssəsindən Əli İnsanovun yanından çıxmışam. Onun barəsində cinayət işinin başlanması barədə yayılan xəbərlər yalandır”.

Toğrul Babayev Əli İnsanovun səhhətinin normal olduğunu, heç bir problemi olmadığını deyib.
Qeyd edək ki, bu gün həbsdə olan keçmiş səhiyyə naziri Əli İnsanova qarşı yeni ittiham irəli sürüldüyü haqqında məlumat yayılıb. Bu barədə vəkil Namizəd Səfərov Facebook səhifəsində yazıb. Vəkil qeyd edib ki, Əli İnsanov hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və zor tətbiq etmədə ittiham olunur.

Əli İnsanov 2005-ci ilin oktyabr ayında həbs olunub. Ə. İnsanov dövlət vəsaitlərinin mənimsənilməsində və dövlət aktivlərinin qanunsuz özəlləşdirilməsinin təşkilində ittiham olunub. 2007-ci ilin aprel ayında əmlakı müsadirə olunmaqla 11 il müddətinə azadlıqdan məhrum olunub.

Əli İnsanovun cəza müddətinin başa çatmasına bir neçə ay qalıb.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər