8 İyun 2016 11:22
1 761
12 Punto 14 Punto 16 Punto 18 Punto

Daxili İşlər Nazirliyi Şamaxı şəhərində baş verən dəhşətli qətl hadisəsi ilə bağlı açıqlama yayıb.

Teleqraf.com xəbər verir ki, şəhər sakini Azad Rəşidzadə evində ailə-məişət münaqişəsi zəminində tüfəngdən açdığı atəşlə qardaşı Azərə və onun arvadı Möminəyə xəsarət yetirib və hadisə yerini tərk edib.
Nəticədə Azər aldığı xəsarətdən hadisə yerində ölüb, Möminə xəstəxanaya yerləşdirilib.

Şamaxı rayon polis şöbəsi əməkdaşları tərəfindən hadisə yerindən 1 ədəd ov tüfəngi götürülmüşdür.

Şamaxı rayon və Qusar rayon polis şöbələri əməkdaşlarının "isti izlər"lə həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində A.Rəşidzadə tutulub.

Uzun illərdir ki, Rusiyada yaşayan Azad Rəşidzadə bu günlərdə bacısı oğlunun toy mərasimində iştirak etmək üçün Şamaxıya gəlib və ev üstündə dava edərək qardaşını öldürüb.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər