18 Avqust 2017 17:20
1 039
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qarabağ Azadlıq Təşkilatının (QAT) nəşr etdirdiyi “Qarabağ gündəliyi” toplusunun 17-ci sayı çapdan çıxıb.

QAT-dan Teleqraf.com-a verilən məlumata görə, bu sayda 2017-ci ilin birinci yarısında Dağlıq Qarabağ münaqişəsi ilə bağlı baş vermiş hadisələr, danışıqların gedişi, cəbhə xəttində vəziyyət, dövlət rəsmilərinin, beynəlxalq təşkilatların münasibəti, ekspertlərin fikirləri və digər məsələlər əks olunub.

Kitabın nüsxələrinin pulsuz olaraq dövlət qurumlarına, kitabxanalara, təhsil ocaqlarına, ictimai təşkilatlara paylanması nəzərdə tutulur.


Müəllif: Səxavət