7 Sentyabr 01:13

Müğənni Manaf Ağayev sosial şəbəkədə öz izləyicilərinə müraciət edərək onlardan yardım istəyib.

Teleqraf.com xəbər verir ki, o bu müraciəti sənət dostlarından biri üçün edib. İfaçı bildirib ki, özünə aid “Kral” instrumental ansamblının rəhbəri Məhərrəm Xələfov böyrək çatışmazlığından əziyyət çəkir. Müalicə olunması üçün maddi dəstəyə ehtiyacı var. O, İnstaqramda bu sözləri yazıb:

““Kral” instrumental ansamblımın rəhbəri, dostum, gözəl insan, sənətkar Məhərəm qardaşım böyrək çatışmazlığından əziyyət çəkir. İmkan daxilində hər birimiz ona dəstək olaq. Yardım etmək istəyənlər şəkildə göstərilən hesab nömrələrinə pul göndərməklə yardım edə bilərlər. Allah hər birinizdən razı olsun”.


Müəllif: Elvin