22 İyul 2016 19:15

Rusiya xarici işlər naziri Sergey Lavrov və ABŞ Dövlət katibi Con Kerri gələn həftə Laosun paytaxtı Ventyanedə görüşəcəklər.

Teleqraf.com "Ria Novosti" agentliyinə istinadən xəbər verir ki, bununla bağlı Rusiya prezidentinin sözçüsü Dmitri Peskov məlumat verib.

Onun sözlərinə görə, nazirlər Moskva görüşünün yekunlarını və Suriya böhranını müzakirə edəcəklər.

Qeyd edək ki, Lavrov və Kerri arasında son görüş iyulun 19-da Moskvada keçirilmişdi.

Samir


Müəllif: