28 İyul 2016 23:35

Qazaxıstanın Janaozen şəhərində yüzlərlə netçi əməkhaqlarının ixtisarına etiraz olaraq aksiyaya çıxıb.

Teleqraf.com xəbər verir ki, xarici mətbuata istinadən xəbər verir ki, iyulun 28-də keçirilən etiraz aksiyasında 700-dək neftçi iştirak edib.

Onlar “Burgylau” neft şirkətinin işçiləridir.

Aksiyaçıların sözlərinə görə şirkət iş vaxtının qısaldılmasını planlaşdırır ki, bu maaşların ixtisarına səbəb olacaq.

Şirkət buna səbəb kimi dünya bazarında neftin qiymətinin düşməsini göstərir. Aksiyaçılardan biri Akılbek Nurlıbayev həmçinin ilin birinci yarısından bu yana 66 nəfərin işdən çıxarıldığını bildirir.

Şirkətin rəhbəri Asxat Sarıyev, bir sıra yüksək rütbəli məmur və həmkarlar ittifaqının nümayəndələri etirazçılarla görüşdükdən sonra aksiyaçılar dağılışıb.

Amma şirkətin ixtisar planını dayandırıb-dayandırmayacağı hələ ki, bəlli deyil.

Qeyd edək ki, 2011-ci ildəbu şəhərdə etiraz aksiyasına çıxan neftçilərlə polis arasında baş verən toqquşmalarda 10 nəfər həlak olmuş, 80-dən çox adam yaralanmışdı.


Müəllif: