26 Aprel 13:17
2 092
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yupiterin yerdəyişməsi Günəş sisteminin yaranmasından qısa müddət sonra Mars böyüklüyündə Teya protoplanetinin Yer kürəsi ilə toqquşmasına səbəb olub.

Teleqraf.com xəbər verir ki, Böyük Britaniyanın Leyçester Universitetinin astronomları belə bir qənaətə gəlib.

Mövcud nəzəriyyəyə görə, təxminən 4.5 milyard il əvvəl gənc Günəş sistemi qeyri-sabitlik içində olub, bu dövrdə planetlər və digər göy cisimləri kosmosda xaotik şəkildə hərəkət etməyə başlayıblar.

Qaz nəhəngləri Yupiter, Saturn, Uran və Neptun erkən mərhələlərdə bir-birlərinə daha yaxın idilər. Zamanla kosmik qravitasiya qarşılıqlı təsirləri Saturn, Uran və Neptunun sistemin xarici sərhədlərinə doğru sürüşməsinə səbəb olub. Bu arada Yupiter əks istiqamətdə hərəkət edib. Elm adamları Yupiterin hərəkətinin daxili Günəş sistemindəki kosmik obyektlərin sabitliyini pozduğunu düşünürlər.

Yeni araşdırmada elm adamları “Enstatit xondrit” adlı meteoritin tədqiqinə diqqət çəkiblər. Meteoritin tərkibində az miqdarda dəmir var. Tərkibi və izotopik nisbətinə görə Yerin əmələ gəldiyi materiala çox oxşardır. Oxşarlıqlar onu göstərir ki, Yer və “Enstatit xondrit”in sıxlaşmasına protoplanetar diskin eyni hissəsi səbəb olub. Amma “Enstatit xondrit”in ana hissəsinin digər qisimləri Yerdən kifayət qədər uzaqda - Mars və Yupiter arasındakı ulduzlararası kəmərdə tapılıb. Bu o deməkdir ki, bu kosmik obyektlər keçmişdə bəzi qarşılıqlı əlaqələr nəticəsində səpələnib. Elm adamları bu qüvvənin qeyri-sabitlik nəticəsində Yupiterin hərəkəti ola biləcəyini fərz edirlər.

Astronomlar kompüter simulyasiyalarından istifadə edərək Yupiterin yerdəyişməsinin Günəş sisteminin yaranmasından 60-100 milyon il sonra baş verdiyini hesablayıblar. Təxminən eyni vaxtda Teyanın Yerlə toqquşması bütün bu hadisələrin bir-biri ilə əlaqəli olduğunu göstərir.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər