26 Aprel 11:28
663
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müdafiə Nazirliyinin təşkilatçılığı ilə Ağdamda yerləşən Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin fəaliyyətinin dayandırılmasına dair təntənəli mərasim keçirilib.

Teleqraf.com xəbər verir ki, mərasimdə Müdafiə Nazirliyinin Baş Qərargah rəisi, general-polkovnik Kərim Vəliyev, Türkiyə Milli Müdafiə Nazirliyinin Quru Qoşunlarının Baş Qərargah rəisi Levent Ergün, Rusiya Müdafiə Nazirliyinin Baş Qərargah rəisinin müavini Sergey İstrakov, həmçinin Rusiya və Türkiyənin Azərbaycandakı səfirləri, Rusiya Sülhməramlı Kontingentinin rəisi iştirak ediblər.

Mərasim hər üç ölkənin dövlət himninin ifası ilə başlayıb. Daha sonra Türkiyə ilə Rusiyanın dövlətin bayraqları endirilərək fəxri qaravulun müşayiəti ilə sıra meydanına gətirilib.

***

10:29

Bu gün Ağdamdakı Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin bağlanış mərasimi olacaq.

Teleqraf.com xəbər verir ki, tədbir təntənəli şəkildə qeyd olunacaq.

Qeyd edək ki, 2021-ci ilin yanvarın 30-da Ağdam rayonu ərazisində inşa edilmiş Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin açılış mərasimi keçirilib.

Azərbaycan 2023-cü ilin 19-20 sentyabr tarixlərində Qarabağda keçirdiyi antiterror əməliyyatları nəticəsində separatizmə son qoyub və suverenliyini tam olaraq təmin edib.

Bundan sonra isə Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin fəaliyyətinə ehtiyac qalmayıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər