26 Aprel 12:35
4 007
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Dövlət Departamenti Gürcüstanın hakim “Gürcü Arzusu” Partiyası tərəfindən yenidən təqdim edilən və parlamentdə birinci oxunuşda qəbul edilən “Xarici Təsir Şəffaflığı” qanun layihəsini (“Xarici Agentlər Aktı”) növbəti dəfə tənqid edib.

Teleqraf.com xəbər verir ki, departamentin rəsmi nümayəndəsi Vedant Patel Avropa Parlamentinin “xarici agentlər haqqında qanun” qüvvəyə minəcəyi təqdirdə Gürcüstanın Avropa Birliyinə daxil olması ilə bağlı danışıqlara başlamamağı tövsiyə edən qətnaməsinə diqqət çəkib.

ABŞ və Avropanın təzyiqlərinə, həmçinin ölkə prezidenti Salome Zurabişvilinin və müxalifət dairələrinin sərt tənqidlərinə, etirazlara baxmayaraq, gələn həftə Gürcüstan parlamenti qanun layihəsi ilə bağlı komitə dinləmələri keçirəcək, sonra da plenar iclasda səsverməyə çıxarılacaq.

Gürcüstan parlamentinin spikeri Şalva Papuaşvili geri çəkilməyəcəklərini bildirib.

“Gələn həftə həm komitə səviyyəsində, həm də sessiyada “xarici agentlər haqqında qanun”la bağlı müzakirələr olacaq”, - Papuaşvili vurğulayıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər