26 Aprel 12:22
417
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda poliklinikalarda növbə olmasının səbəbi vətəndaşın müalicələsinin Bakıda olmasını istəməsidir.

Teleqraf.com xəbər verir ki, bu barədə “Elektron Tibbi Arayış”xidmətinin təqdimat mərasimində çıxışı zamanı TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov deyib.

Onun sözlərinə görə, tibb mərkəzləri qurulub ki, vətəndaşlar orada tibbi xidmətlərdən yararlana bilər.

“Regionlarda hansı müayinələrə ehtiyac varsa, ona uyğun təminatlar həyata keçiriləcək. Biz istəyirik ki, regionda yaşayanlar müalicə üçün Bakıya müraciət etməsin. İlin sonunadək regionlarda müalicə ilə bağlı problemlər aradan qaldırılacaq.

Həmçinin həkim çatışmazlığı ilə bağlı addımlar atılıb. Bəzi bölgələrdə artıq bu problemləri həll etmişik”,- o bildirib.


Müəllif: Teleqraf.com