13 İyul 2014 20:53

Bolqarıstanda sərnişin qatarı relslərdən çıxıb.

İyulun 13-də Bolqarıstanda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Bolqarıstan nəqliyyat nazirliyinin məlumatına əsasən, Sofiyadan Burqasa gedən sərnişin qatarı relsdən çıxaraq aşıb.

Nəticədə 1 nəfər ölüb, 15 nəfər yaralanıb.

Qəzanın səbəbləri araşdırılır.


Müəllif: