29 May 2017 13:49
874
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyədə qeyd-adi boşanma faktı qeydə alınıb.

Teleqraf.com türk mediasına istinadla xəbər verir ki, Salehə və İrfan Qaplan cütlüyü dolana bilməmələri səbəbindən boşanma qərarı veriblər. Lakin Salehə Qaplan xəstə olduğu üçün məhkəməyə gələ bilməyib. İzmir Məhkəməsinin hakimi Salehə Qaplanın məhkəməyə gətirilməsi üçün təcili tibbi yardım maşını göndərib.

250 kiloqram ağırlığında olan Salehə Qaplan İzmirin Bornova rayonunda yerləşən evindən təcili tibbi yardım avtomobilinə qoyularaq İzmir Məhkəmə Binası önünə gətirilib. Lakin məhkəmə iclası binanın üçüncü mərtəbəsindəki zalda olduğu üçün Salehə Qaplan oraya qalxa bilməyib.

Hakim, prokuror, katib və vəkil aşağı enərək təcili tibbi yardım maşınında Salehə Qaplanın İrfan Qaplandan ayrılması haqda qərar verib. Tərəflər bir-birinə qarşı təzminat tələbi irəli sürməyib.

Qeyd edək ki, İrfan Qaraqaplanın 57 yaşı var və 27 ildir ki, Salehə Qaplanla evlidir.


Müəllif: Cavad