13 Aprel 2014 22:47
1 049
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yaponiyada quş qripi epidemiyası yenidən baş qaldırıb.

Yaponiya hökuməti bir müddət əvvəl quş qripinə yoluxma faktlarının ortaya çıxdığı quşçuluq fermalarında sınaqların nəticələri təsdiqləndikdən sonra iki fermada 112 min quşun məhv edilməsinə göstəriş verib.

H5 virusu ilk olaraq, Yaponiyanın cənubundakı Kumamoto prefekturasında quşçuluq fermasında aşkar edilmişdi. Burada artıq virusdan 1000-dən çox quş tələf olub.

Yaponiyanın kənd təsərrüfatı naziri virusun aşkar edildiyi quşçuluq fermaları ətrafında 3 kilometr radiusda karantin bölgəsinin təyin edilməsinə göstəriş verib. Həmin fermalardan quş və yumurta aparılması da qadağan edilib. /anspress/


Müəllif: Teleqraf.com